
Apr 16 , 2019 | 11:07 / Mühüm hadisələr
6 aprel 2019-ci il tarixində AMEA-nın bir qrup geoloq və geofizik alimləri Avstriyanın Vyana şəhərinə ezam olunmuşlar. Səfərin əsas məqsədi geniş coğrafiyasına və iştirakçı sayına görə dünyanın ən nüfuzlu elmi platforması hesab edilən “Avropa Yer Elmləri İttifaqının Baş Assembleyası”nda Azərbyacanı təmsil etmək olmuşdur.
100-dən çox ölkənin 16 mindən artıq alim və tədqiqatçının iştirak etdiyi tədbirdə alimlərimizdən AMEA-nın Yer elmləri bölməsinin akademik-katibi, akdemik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, “Müasir geodinamika və kosmik geodeziya şöbəsi”nin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Rafiq Səfərov və “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi”nin aparıcı elmi işçisi, yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov bir həftə ərzində davam edən Assambleyanın fərqli elmi seksiyalarında elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etmişlər.
Tədbirdə məruzə edən alimlərin elmi nəticələri Assembleyanın rəsmi nəşri kimi dünyaca məşhur Harvard Universitetinin veb saytında yerləşdirilir.