Fotos
Genetik alim Pakistanda elmi ezamiyyətdə olub
Apr 17 , 2019 | 01:05 / Mühüm hadisələr
Oxunma ( 1735 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, Biotexnologiya şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Pakistanda ezamiyyətdə olmuşdur. O, İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya Komitəsi (COMSTECH), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Genetik Mühəndislik üzrə Beynəlxalq Mərkəz (İCGEB) tərəfindən İslamabad şəhərində keçirilən “Qlobal Ərzaq Təhlükəsizliyi üçün Genom Redaktəsi və digər yeni seleksiya üsulları” adlı 4 günlük seminarda iştirak etmişdir. Tədbirdə Almaniya, Avstraliya, Çin Xalq Respublikası, Meksika, Hindistan, Oman, Malaziya və s. ölkələri təmsil edən 100-dən artıq alim və mütəxəssis iştirak etmişdir. Seminar zamanı “Genomika”, “Genom redaktəsi”, “Sürətli seleksiya üsulları”, “Genom verilənlərinin analizi” və s. mövzular üzrə mühazirələr dinlənilmiş və qeyd olunan sahələr üzrə əməkdaşlığın gücləndirilməsi qərara alınmışdır. M.Abbasov seminarda Azərbaycanda genomika, molekulyar genetika, kompüter genomikası sahələri üzrə aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər, həmçinin genom redaktəsi üzrə planlaşdırılan tədqiqatlar haqqında çıxış etmişdir.

M.Abbasov ezamiyyət müddətində COMSTECH və FAO tərəfindən keçirilən “Bitki genetik ehtiyatlarının seleksiyada istifadəsi və yeni sortların toxumçuluğunun təşkili” mövzusunda keçirilən seminarda da iştirak etmiş və Azərbaycanda bitki genetik ehtiyatlarının kompleks qiymətləndirilməsi və yeni yaradılan sortlar haqqında məruzə ilə çıxış etmişdir. O, Pakistanın Genomika və Biotexnologiya  İnstitutunda  və Milli Genbankında aparılan tədqiqatlarla da yaxından tanış olmuş və gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.