Fotos
Doktorant “Lomonosov-2019” tələbələr, doktorantlar və gənc alimlərin XXVI Beynəlxalq elmi konfransında iştirak edib
Apr 17 , 2019 | 01:49 / Mühüm hadisələr
Oxunma ( 1871 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun ‟İmmunogenetika” şöbəsinin doktorantı Əminə Rəkidə Rusiya Federasiyasında 4 günlük ezamiyyətdə olmuşdur.

O, Moskva şəhərində yerləşən Lomonosov adına Moskva Dövlət Universitetində keçirilən “Lomonosov-2019” tələbələr, doktorantlar və gənc alimlərin XXVI Beynəlxalq elmi konfransında iştirak etmişdir. Tədbirin keçirilməsində əsas məqsəd tədqiqatçıların elmi aktivliyini genişləndirmək, müasir elmin aktual məsələlərinin həllinə cəlb etmək və onlar arasında əlaqə yaratmaqdan ibarət olmuşdur.

R.Əminə konfransda ‟SSR markerlərdən istifadə etməklə Azərbaycanda yayılmış ərik nümunələrinin (Prunus armeniaca L.) genetik müxtəlifliyinin tədqiqi” mövzusunda məruzə ilə çıxış etmiş və sertifikata layiq görülmüşdür.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.