Fotos
AMEA Genetik Ehtiyyatlar İnstitutunun gənc mütəxəssisi Rusiyada 11 ölkədən alim və mütəxəssisin iştirak etdiyi konfransa qatılıb
Apr 23 , 2019 | 03:26 / Mühüm hadisələr
Oxunma ( 1914 )

Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun Fiziologiya şöbəsinin baş elmi işçisi, biologiya üzrə elmlər doktoru Afət Məmmədova və Texnologiya şöbəsinin böyük elmi işçisi, aqrar üzrə fəlsəfə doktoru Gülşən Poladova Rusiyada ezamiyyətdə olmuşlar.

Onlar, Rusiya Elmlər Akademiyasının rəhbərliyi ilə Moskva şəhərində keçirilən “Mədəni bitkilərin seleksiya və introduksiya olunmasında biokimya və fiziologiyanın rolu” adlı V Beynəlxalq elmi-metodik konfransın plenar iclasında iştirak etmişlər. Rusiya, Belarus, Bolqarıstan, Slovakiya, Qazaxıstan, Ukrayna və b. daxil olmaqla 11 ölkədən alim və mütəxəssisin iştirak etdiyi konfrans 5 gün davam etmişdir.

Tədbirdə A.Məmmədova “Bitkilərdə boy proseslərinin stimulyasiyası zamanı fizioloji-genetik göstəricilərin dəyişdirilməsinin tədqiqi” və G.Poladova “Azərbaycan Respublikasında yayılmış yerli yumşaq buğda sortlarında dənin keyfiyyəti” mövzusunda məruzə ilə çıxış etmişlər. Ümumilikdə konfrans elmi yeniliklərin, təcrübələrin mübadiləsində və əlaqələrin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olmuşdur.

Sonda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.