AMEA Aşqarlar Kimyası İnstitutunda nüfuzlu jurnallarda məqalələri dərc olunan müəlliflərə 200 manat mükafat veriləcək
Apr 24 , 2019 | 01:40 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2194 )

AMEA Aşqarlar Kimyası İnstitutunda aparılan elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi və alınan nəticələrin populyarlaşdırılması məqsədilə bir sıra həvəsləndirmə tədbirləri həyata keçiriləcək. Bu haqda İnstitutn direktoru, akademik Vaqif Fərzəliyev sərəncam imzalayıb. Sərəncama görə, elmi tədqiqatların nəticələri üzrə dərc olunan məqalələrin sayında “Thomson Reuters” bazasına daxil olan jurnallarda dərc olunan məqalələrin payı artırılmalıdır. Bunun üçün həmin bazaya daxil olan jurnallarda məqalələrin dərc olunmasını stimullaşdırmaq məqsədilə dərc olunan hər məqaləyə görə müəlliflərə 200 manat məbləgində mükafat veriləcək.

İnstitutun “Patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması” laboratoriyasının müdiri k.ü.f.d. Minaxanım Musayeva və baş mühasib Afiq Qurbanova bu sərəncamdan irəli gələn məsələlər həll etmək tapşırığı verilib.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.