Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatları təsis edilib
Apr 24 , 2019 | 04:27 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2304 )

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi müzakirə olunub.

Elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.

İclasda “Akademik Əşrəf Hüseynov adına mükafat”, “Akademik Əli Quliyev adına mükafat”, “Akademik Mirəli Qaşqay adına mükafat”, “Akademik Ələşrəf Əlizadə adına mükafat”, “Akademik Vahab Əliyev adına mükafat”, “Akademik Cəlal Əliyev adına mükafat”, “Akademik Məmmədağa Şirəliyev adına mükafat”, “Akademik Məmmədcəfər Cəfərov adına mükafat” və “Abbasqulu ağa Bakıxanov adına mükafat”ın təsisi haqqında qərar qəbul edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.