AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının II turunun oyunları keçirilib
Apr 25 , 2019 | 03:27 / İdman yarışları
Oxunma ( 2455 )

Aprelin 22-də start götürən AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının II turunda  qarşı-qarşıya gələn komandalar aşağıdakı nəticəni göstəriblər:

A qrupu
11.00
İdarəetmə Sistemləri İnstitutu - Zoologiya İnstitutu 5-0
B qrupu
Saat 12.00
İqtisadiyyat İnstitutu - Ədəbiyyat İnstitutu 5-0
B qrupu
Saat 13.00
Memarlıq və İncəsənət İnstitutu- Şamaxı Astrofizika Rəsədxanası 9-3
A qrupu
Saat 14-00
Geologiya və Geofizika İnstitutu - Fəlsəfə İnstitutu 5-0
Zoologiya və Nizami adına Ədəbiyyat institutlarının eyni adlı komandaları yarışmaya qatılmadıqları üçün rəqiblərinin hesabına 5 xal qazandırıblar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.