Fotos
Orta məktəbdə "Riyazi həqiqətlər əbədidir" adlı riyaziyyat gecəsi keçirilib
Apr 29 , 2019 | 11:05 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2030 )

Bu gün Xətai rayonu General M.Əsədov adına 29 saylı orta məktəbdə "Riyazi həqiqətlər əbədidir"adlı riyaziyyat gecəsi keçirilib.

Tədbirdə AMEA Gənc Alim və Mütəxəssisləır Şurasının sədri, f.ü.f.d., dosent Famin Salmanov, AMEA Elm və Təhsil Baş İdarəsinin rəis müavini, f.ü.f.d., dosent Hüseyn Hüseynov iştirak etmişlər.

İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səslənib. Məktəbin "Kicik akademiya"sınin rəhbəri  Yeganə Baxşəliyeva çıxış edərək bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə Riyaziyyatın inkişaf tarixinin yaranmasında Azərbaycan alimlərinin rolunu göstərmək, Riyaziyyatın bütün sahələrdə özünü göstərməsi, məşhurların Riyaziyyat haqqında dedikləri kəlamlarla tanış olmaq, Riyaziyyatın təkcə elm sahəsində yox, məntiq və maraqlı tapmacalarda  da özünü göstərməsini aşılamaqdı.

Şagirdlər riyaziyyata, məntiqə aid dünyaşöhrətli alimlərin maraqlı kəlamlarını söyləyib, məntiqi məsələ və misallar həll ediblər. Hətta tədbir iştirakçılarına məntiqi məsələ təklif edilib. Düzgün cavab verənlər mükafatlandırılıblar.

Sonra AMEA Gənc Alim və mütəxəssisləır Şurasının sədri, dosent Famin Salmanov, AMEA Elm və Təhsil Baş İdarəsinin rəis müavini, dosent Hüseyn Hüseynov çıxış edərək, riyaziyyatçı şagirdlərə uğurlar diləyib, şagirdlərin riyaziyyat fənni ilə bağlı atdıqları addımı alqışlayıb və tədbirin təşkilatçılarına öz təşəkkürlərini bildiriblər.

Tədbirdə fərqlənən şagirdlərə məktəb rəhbərliyi tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.