AMEA Gənc Alim və Mütəxəssilərinin İnstitutlararası VI Futbol Çempionatının qrup oyunları başa çatıb
Apr 30 , 2019 | 03:32 / İdman yarışları
Oxunma ( 2689 )
Aprelin 29-30 tarixlərində AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatının III turunda son oyunlar keçirilməklə, qrup mərhələsinə yekun vurulub. Komandaların qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:
 
29 aprel
A qrupu

Saat 11-00 Geologiya və Geofizika İnstitutu - Zoologiya İnstitutu 7-3

B qrupu
Saat 12.00
İqtisadiyyat İnstitutu - Memarlıq və İncəsənət İnstitutu 5-0
B qrupu Saat 13.00 Ədəbiyyat İnstitutu - Şamaxı Astrofizika Rəsədxanası 0-5
A qrupu 14.00 Fəlsəfə İnstitutu - İdarəetmə Sistemləri İnstitutu 0-5 30 aprel C qrupu Saat 11.00 Neft Qaz İnstitutu - Coğrafiya İnstitutu 2-7
D qrupu Saat 12.00 Fizikaİnstitutu -RadiasiyaProblemləriİnstitutu 10-3
C qrupu Saat 13.00 AMEA Rəyasət Heyəti - Respublika Seysmoloji Xidmət Mərkəzi 3-4 D qrupu Saat 14.00 İnformasiya Texnologiyaları İnstitutu- Neft-Kimya Prosesləri İnstitutu 3-7

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.