AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatı”nın 8 güclü komandası məlum oldu
Apr 30 , 2019 | 03:40 / İdman yarışları
Oxunma ( 2607 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatı”nda həyəcan davam edir. Artıq qrup oyunlarına yekun vurulduqdan sonra yeni qaydalar əsasında -püşkatma ilə 1/4 finalda qarşılaşacaq komandaların adına aydınlıq gəlib. Belə ki, 02 may saat 12.00-da Respublika Seysmoloji Xidmət Mərkəzi - Iqtisadiyyat institutu qarşılaşması baş tutacaq. Geologiya və Geofizika İnstitutu Memarlıq və İncəsənət İnstitut ilə münasibətlərinə 3 may saat 12.00-də aydınlıq gətirəcək. Həmin gün saat 13.00-da Fizika ilə Idaretmə Sistemləri institutları arasında maraqlı yarışma keçiriləcək. 1/4 finalın son oyunu 6 may saat 13.00-da keçiriləcək. Bu oyunda AMEA Rəyasət Heyəti Neft Kimya Problemləri İnstitutu öz aralarında ən güclünü müəyyənləşdirəcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.