Fotos
“Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri öz təcrübələrini bölüşüblər
Apr 30 , 2019 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 1418 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə seminar keçirilib. Məruzəçilər “Gənc qadınlar elmdə” müsabiqəsinin qalibləri astronomiya üzrə fəlsəfə doktoru Həmayıl Adıgözəlzadə və riyaziyyat üzrə fəlsəfə doktoru  Səbinə Sadıqova olub. Məqsəd qaliblərin elmi  fəaliyyəti ilə gənc alimləri  tanış etmək olub. Seminarı giriş sözü ilə GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədova açıb. Bildirib ki, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2019-cu il 5 fevral tarixli sərəncamına əsasən  “Gənc qadınlar elmdə” müsabiqəsi keçirilib. Qeyd edib ki, müsabiqənin nəticələrinə görə AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  böyük elmi işçisi H.Adıgözəlzadə I yerə, Riyaziyyat və Mexanika İnstitutunun laboratoriya müdiri Səbinə Sadıqova II yerə layiq görülüb.

Daha sonra “Cavan ulduzlarda spektral dəyişikliklər”, “Riyaziyyatın bəzi müasir tətbiq sahələri” mövzusunda məruzələr dinlənilib.

         Sonda seminar mövzuları ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.