Fotos
Britaaniyalı genetik alimlər AMEA Genetik Ehtiyatlar İnstitutnda olublar
May 03 , 2019 | 04:00 / Görüşlər
Oxunma ( 2117 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü ZeynalƏkpərov Azərbaycan Tibb Universitetinin sinir xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Aytən Məmmədbəyli və BöyükBritaniya UCL Nevrologiya İnstitutunun alimi, professor Henri Houldeni qəbul etmişdir.

İlk öncə Z.Əkpərov qonaqları salamlamış, institutda insan genetikası və digər sahələrdə aparılan elmi-tədqiqat işləri barədəməlumat vermişdir.

Görüşdə tibbi genetika, xəstəliklərin yeni nəsil sekvenser cihazlarında təyini, nadir rast gəlinən genetik xəstəliklərin yaranmasınasəbəb olan mutasiyaların tapılması metodları, gələcəkdə qarşılıqlı əməkdaşlıq imkanları və eyni zamanda bu istiqamətdə kadr hazırlığıməsələləri geniş müzakirə edilmişdir.

Daha sonra qonaqlar institutunun Biotexnologiya şöbəsi və onun nəzdində fəaliyyət göstərən laboratoriyalarla tanış olmuşlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.