AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatı”nda 1/4 final oyunları keçirilib
May 03 , 2019 | 06:00 / İdman yarışları
Oxunma ( 2641 )

3 may 2019-cu il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatı”nda 1/4 final oyunları keçirilib. Bu mərhələdə Geologiya və Geofizika İnstitutu Memarlıq və İncəsənət İnstitutunu eyni adlı komandasını sınağa çəkib. Çütün açıq favoriti olan geoloq alimlər rəqibini 7-3 hesabı ilə məğlub etməklə açıq üstünlük nümayiş etdiriblər. Növbəti qarşılaşmada Fizika İnstitutu İdaretmə Sistemləri institutunun komandasının müqavimətini qıraraq, 3-2 hesabı ilə qalib gəlməklə adını növbəti mərhələyə yaza biliblər. Respublika Seysmoloji Xidmət Mərkəzi - İqtisadiyyat institutu qarşılaşmasında ikincilər mərhəlni adlaya biliblər. Belə ki, keçən çempionatın 3-cüsü olan iqtisadçılar 1-cisi olan seysmoloqların qarşısını 3-1 hesabı ilə kəsə biliblər. 1/4 finalın son oyunu 6 may saat 13.00-da keçiriləcək AMEA Rəyasət Heyəti Neft Kimya Problemləri İnstitutu qarşılaşması ilə yekun vurulacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.