Fotos
AMEA FİZİOLOGİYA İNSTİTUTUNUN GƏNC ALİMLƏRİ KİMSƏSİZ UŞAQLAR EVİNİ ZİYARƏT EDİB
May 04 , 2019 | 11:00 / Görüşlər
Oxunma ( 1873 )

MEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşəbbüsü və İnstitutun bir qrup əməkdaşının dəstəyi ilə kimsəsiz uşaqlar evini ziyarət ediblər. Tədbir Sabunçu qəsəbəsində yerləşən “Ümid yeri” Xeyriyyə Cəmiyyətinin şəraiti, qidalanması, sinif otaqları, uşaqların əl işlərindən ibarət hazırlanmış guşə və s. ilə tanışlıqla başlayıb. İnstitutun gənc alimlərinin iştirakı ilə sığınacaq mərkəzinin sakinlərini qarşıdan gələn Ramazan ayı münasibətilə təbrik etmiş, hədiyyələr ilə sevindirmişlər. Eyni zamanda tədbirdə körpələrimiz də gənc alimlərə özlərinin səhnəcikləri ilə sevindirmiş, həm Fiziologiya İnstitutunun əməkdaşlarını, həm də Azərbaycan xalqına öz təbriklərini çatdırıblar.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.