Fotos
Qafqaz florasının məşhur tədqiqatçısı AMEA Botanika İnstitutuna səfər edib
May 03 , 2019 | 10:00 / Görüşlər
Oxunma ( 205 )

Kuban Dövlət Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü S.A.Litvinskaya AMEA Botanika İnstitutunda elmi ezamiyyətdə olmuşdur. İnstitutun direktoru, akademik Validə Əlizadə, Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri, b.ü.e.d. Naibə Mehdiyevanın iştirakı ilə keçən görüşdə qonağa İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və yenidənqurma işləri haqda ətraflı məlumat verilib. Qonaq İnstitutda müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, Botanika muzeyi və Herbari Fondu ilə tanış olub. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması və hazırlanması, onların saxlanılma şəraiti və Virtual Herbari Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərə xüsusi maraq göstərib. Botanika İnstitutunun müasir vəziyyətini və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən S.Litvinskaya təşkilatlararası təcrübə mübadiləsi və meşə ekosistemlərinin öyrənilməsi üzrə geniş imkanların olduğunu vurğulayıb.

İnstitut əməkdaşlarının iştirakı ilə təşkil olunmuş seminarda apardığı tədqiqat işlərinin nəticələrinə dair «О сохранении природных ресурсов прибрежной зоны Азовского моря для восстановления естесственной среды обитания Приазовья» və «Биоразнообразие флоры и растительности Северо-западного Кавказа» mövzularında məruzə edib. Təqdim edilən mövzular və müxtəlif botaniki problemlər ətrafında geniş müzakirələr aparılıb.


 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.