AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatının 1/2 finalçıları məlum oldu
May 06 , 2019 | 03:03 / İdman yarışları
Oxunma ( 2596 )

6 may 2019-cu il tarixində AMEA Gənc Alim və Mütəxəssislər Şurasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatı”nda 1/4 final oyunları başa çatıb. Növbəti mərhələ üçün sonuncu cütün qalibi AMEA Rəyasət Heyəti ilə Neft Kimya Problemləri İnstitutu  komandalarının qarşılaşmasında məlum olub. Bu oyunda kimyaçı futbolçular rəqiblərinə 5-1 hesabı ilə qalib gəliblər.

Bu qarşılaşmadan dərhal sonra püşkatma ilə yarımfinalda qarşı-qarşıya gələcək cüt komandalar müəyyənləşib. 1/2 finalda ilk olaraq yaşıl meydana Neft Kimya Problemləri İnstitutu ilə İqtisadiyyat İnstitutnun futbolçuları ilk finalçını müəyyənləşdirmək üçün çıxacaqlar. Sonra Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutu arasında keçirilən oyunda digər finalçı məlum olacaq. Hər iki oyun 9 may tarixində fərqli saatlarda keçiriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.