Fotos
AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatında finalçılar məlum oldu
May 09 , 2019 | 11:39 / İdman yarışları
Oxunma ( 2578 )

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası futbol çempionatı”nda 1/2 final oyunları keçirilib. Saat 12:00-da ilk olaraq Neft Kimya Problemləri İnstitutu ilə İqtisadiyyat İnstitutunun eyniadlı komandaları üz-üzə gəliblər. Qarşılaşma iqtisadçıların 2:1 üstünlüyü ilə başa çatıb. Sonra Geologiya və Geofizika İnstitutu ilə Fizika İnstitutu arasında keçirilən erkən final oyununda qapılara 14 qolun vurulduğu bu maraqlı oyunda finala adını yazan komanda geoloq futbolçular oldu. Onlar rəqibin qapısında 14 dəfə yol tapdılar. Bunun qarşılığında fiziklər cəmi 5 dəqiq zərbə ilə cavab verə bildilər. 

Çempionata 15 may tarixində keçiriləcək final oyunu ilə yekun vurulacaq. Üçüncü yer uğrunda mübarizədə Fizika İnstitunun rəqibi Neft-Kimya Prosesləri İnstitutu olacaq. Çempionatın qalibi olmaq üzrə isə geoloqlar iqtisadçıları sınağa çəkəcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.