May 10 , 2019 | 11:00 / Mühüm hadisələr
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutundaGənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İclası giriş sözü ilə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. Şura sədri bu günün Şuşa şəhərinin işğalı günü olduğunu qeyd edib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev çıxış edərək gənclərlə görüşün əhəmiyyətindən danışıb.
Tədbirdə İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının üzvləri - Cəmilə Adıgözəlli “Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir”, Nigar Mehdiyeva “Azərbayacan xalqının fədakar və qəhrəman olmasını sübut edən tarixi qələbə”, Günay Həsənova “Ulu Öndərin zəngin dövlətçilik irsi əbədiyaşardır” mövzusunda məruzə ilə çxış edib. Daha sonra TAİ Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyyətində dəyişikliklər edilib, Şuraya ikinci sədr müavini və yeni katib seçilib. Həmçinin yarımillik hesabatlar və cari məsələlər müzakirə edilib.