Fotos
AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatına yekun vuruldu, qaliblər mükafatlandırıldı
May 15 , 2019 | 03:18 / İdman yarışları
Oxunma ( 2003 )

Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər idarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatı”nın final oyunu və mükafatlandırma mərasimi keçirilib. Öncə çempionatın III yeri uğrunda mübarizə aparan AMEA Neft-Kimya Prosesləri və Fizika İnstitutunun eyni adlı komandaları qarşılaşıblar. Bu yarışmada 13-3 hesablı nəticə qeydə alınmaqla, Fizika İnstitutunun komandası qələbə qazanıb adını mükafatçılar sırasına yaza bildi. Sonra isə çempionatın əsas qalibini müəyyənləşdirmək üçün Geologiya və Geofizika İnstitutu ilə İqtisadiyyat İnstitutunun komandaları yaşıl meydaçaya çıxıblar. Gərgin mübarizə şəraitində keçirilən bu dəfəki oyundan İqtisadiyyat İnstitutunun komandası 4-3 hesabla qalib ayrılaraq çempion adını qazandı.

Yarışdan sonra keçirilən mükafatlandırma mərasimində AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev,akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvi Əminağa Sadıqov,  AMEA İşlər İdarəsinin müdiri, professor Fətəli Abullayev, Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov iştirak etdilər. Çıxış edən qonaqlar ənənəvi çempionatın Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmasını əlamətdar hadisə kimi qiymətləndirərək yarış qaliblərini təbrik etdilər.

AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev, artıq altıncı dəfədir keçirilən çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışdı. Ölkəmizdə idman mədəniyyətinin gündən-günə daha sürətlə inkişaf etdiyini söyləyən F.Salmanov bunun əsasında dövlətimizin bu sahəyə diqqət və qayğısının dayandığını vurğuladı. O, bu dəfəki çempionatda da Akademiyanın müxtəlif institut və təşkilatlarından olmaqla, ümumilikdə 16 komandanın iştirak etdiyini və hər bir mərhələ üzrə oyunların maraqla keçdiyini söylədi, göstərilən dəstəyə görə akademiya rəhbərliyinə, İşlər idarəsi və Azad Həmkarlar İttifaqına minnətdarlığını bildirdi.

Daha sonra qaliblər mükafatlandırıldı.

Çempionatın qalibi adını qazanan AMEA-nın İqtisadiyyat İnstitutunun  komandasına qızıl medallar, ikinci yerin sahibi  Geologiya və Geofizika İnstitutu  komandasına gümüş, üçüncü yeri tutmuş Fizika. İnstitutunun komandasına bürünc medallar təqdim olundu. Qalib komandaların üzvlərinə həmçinin diplom və pul mükafatlar da verildi.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.