Fotos
«Kimyanın aktual problemləri» XIII Beynəlxalq Elmi Konfransı keçirilib
May 16 , 2019 | 11:35 / Mühüm hadisələr
Oxunma ( 2042 )

15 may 2019-cu il tarixində Ümummili Lider HEYDƏR ƏLİYEVİN  anadan olmasinin 96-cı ildönümünə həsr olunmuş doktorant, magistrant və gənc tədqiqatçıların «Kimyanın aktual problemləri» XIII  Beynəlxalq  Elmi Konfransı keçirilib. Konfransı giriş sözü ilə BDU-nun prorektoru Aydın Kazımzadə açaraq konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, konfransda 270-dən çox məruzə dinlənəcəkdir. Onlardan 20-yə qədəri Türkiyə, Portuqaliya, Rusiya və Gürcüstandan daxil olmuşdur. 120-si isə AMEA-nın kimya insititutları, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Lənkaran Dövlət Universiteti  və digər qurumlardan təqdim olunmuşdur. Plenar iclasda Namiq Şıxəliyev, Ofelya Balayeva və Elvin Məlikovun məruzələri dinlənilmişdir. Sonra konfrans öz işini bölmələr üzrə davam etdirmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.