Gənc fizik alim THERMAM-2019 Beynəlxalq elmi konfransının elmi-təşkilat komitəsinin üzvü seçilib
May 18 , 2019 | 10:51 / Mühim hadisələr
Oxunma ( 246 )

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, Fizika və texnologiya fakültəsinin Texnologiya və onun tədrisi metodikası kafedrasının dosenti,  AMEA Fizika İnstitutunun elmlər doktorluğu üzrə doktorantı Yusif Alıyev 22-24 sentyabr 2019-cu ildə Türkiyənin İzmir şəhərində (Çeşmə) keçiriləcək "8th International Conference: Thermophysical Properties for Technical Thermodynamics” THERMAM-2019 Beynəlxalq elmi konfransının elmi-təşkilat komitəsinin üzvü seçilmişdir. Qeyd edək ki, Fizikanın termodinamika və istilik fizikası bölməsi üzrə hər il təşkil olunan “Thermophysical Properties for Technical Thermodynamics” konfransında bu sahə üzrə ən son elmi yeniliklər, innovativ yanaşmalar və kəşflər haqqında məlumatlar verilir, nəticələri istehsalata tətbiq olunan işlər nümayiş olunur. (https://www.thermam.org/sayfa-committees-64.html)
Qeyd edək ki, dosent Yusif Alıyev 24-31 iyul 2018-ci ildə Almaniyanın Rostok şəhərində elmi ezamiyyətdə olmuş və 26-27 iyul tarixlərində Rostok Universitetində təşkil olunmuş, dünyanın 56 ölkəsindən alim və mütəxəssislərin qatıldığı “THERMAM-2018” Beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir. Onun məruzə etdiyi tədqiqat işi Avropanın və dünyanın tanınmış alimlərinin marağına səbəb olduğundan ADPU ilə elmi əlaqələrin qurulması baxımından münbit şərait də yaratmışdır. Ona görə də konfransın Təşkilat Komitəsinin qərarı ilə dosent Y.Alıyev “THERMAM-2019” beynəlxalq elmi konfransının elmi-təşkilat komitəsinə üzv seçilmiş və konfransda məruzəsi nəzərdə tutulmuşdur.
Dosent Y.Alıyev elmlər doktorluğu proqramı üzrə AMEA-nın Fizika İnstitutunun doktorantıdır. Həmçinin o, ADPU-nun Fizika və texnologiya fakültəsində fəaliyyət göstərən, geniş yerli və beynəlxalq əlaqələri olan tədqiqat qrupunun üzvüdür. 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.