Fotos
AMEA Fizika İnstitutunun gənc alimləri Zəngilan rayon 29 saylı tam orta məktəbdə görüş keçiriblər
May 20 , 2019 | 01:42 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2216 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Zəngilan rayon 29 saylı tam orta məktəbdə görüş keçirilib. Görüşdə məqsəd elmin populyarlaşdırılması, məktəblilərin fizika elmi sahəsində bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub. Tədbiri giriş sözü məktəbin direktoru Ayna Zeynalova açıb. O, gənc alimlərlə şagirdlərin görüşünün faydasını vurğulayıb. Bildirib ki, təhsil müəssisəsilərində keçirilən elmi görüşlər, seminarlar məktəblilərin təkcə fizika fənninə deyil, elmə olan marağının artmasına şərait yaradır.

Tədbir  GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Ülkər Səmədovanın çıxışı ilə davam edib. O, məktəbin rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.  Qeyd edib ki, görüşün keçirilməsində məqsəd gənc alimlərlə şagirdlər arasında  ünsiyyətin yaradılması, gənc alim və mütəxəssislərin elmi fəaliyyətləri ilə məktəbliləri tanış etmək və fizika elminin sirlərini onlara nümayiş etdirməkdən ibarətdir.  

Daha sonra GAMŞ-ın üzvləri məktəblilər qarşısında çıxış ediblər, onlara müxtəlif elmi təcrübələr nümayiş etdiriblər. Elmi təcrübələr şagirdlər tərəfindən maraqla qarşılanıb, təcrübələrin geniş izahı verilib, suallar cavablandırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.