SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
May 20 , 2019 | 04:53 /
Oxunma ( 1876 )

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov AMEA-nın Yüksək Texnologiyalar Parkını (YT Park) ziyarət edib, istehsal prosesi ilə tanış olublar.

Qonaqları AMEA-nın vitse-prezidentləri, akademiklər - İbrahim QuliyevDilqəm Tağıyev, AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Fətəli Abdullayev və YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov müşayiət ediblər.

Əvvəlcə YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzinə baxış olub, mərkəzin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə tərəfindən laboratoriyanın avadanlıqları, imkanları və burada göstərilən xidmətlər barədə geniş məlumat verilib.

Qonaqlar daha sonra Parkın rezidentləri - AMEA Təcrübə Sənaye Zavodunun və “Millers Oils Azerbaijan” MMC-nin istehsal sahəsini ziyarət edib, hazır məhsullara baxış keçiriblər. Bundan əlavə, YT Parkın digər rezidenti "Elm və Texnologiya Parkı" MMC tərəfindən istehsal olunan dronlar və pilotsuz uçuş aparatları barədə məlumat alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.