Gənc fizik Beynəlxalq Ekoenergetika Akademiyasına üzv seçilib
May 21 , 2019 | 09:14 /
Oxunma ( 1624 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun Yarımkeçiricilərdə və yarımkeçirici nanostrukturlarda köçürmə hadisələri laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Rəşad Abaszadə mükafata layiq görülüb. O, Beynəlxalq Ekoenergetika Akademiyasına üzv seçilib. R.Abaszadə  elm və təhsilin inkişafında göstərdiyi xidmətlərə görə Akademiyanın professoru adına da layiq görülüb.

R.Abaszadə 47 elmi işin, 6 dərs vəsaitinin və 11 fənn proqramının müəllifidir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.