Fotos
Gənc astrofizik alimlər orta məktəbdə cari tədris ilində yekun astroseminar təşkil edib
May 20 , 2019 | 08:59 / Mühüm hadisələr
Oxunma ( 1274 )

May ayının 20-si AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Gənc Alim və Mütəxəssislər Şurası”nın sədri Rəcəb İsmayıllının rəhbərliyi ilə Rəsədxana əməkdaşları Bakı ş., Yasamal ray., 173 saylı tam orta məktəbdə cari tədris ilinin II yarım ili ərzində hər həftənin 1-ci günləri təşkil edilən astroseminarlara yekun vurulub.

Astroseminarların əsas məqsədi elmin kütləviləşdirilməsi, orta məktəb şagirdləri arasında ilkin astronomik anlayışların formalaşdırılması olub. Bununla əlaqədar gənc alimlər tərəfindən orta məktəblərdə kosmos, Günəş sistemi və cisimləri, ulduzlar, onların xarakteristikaları, qara dəlik və sair mövzularda çıxışlar edilib.

Fizika dərnəyinin rəhbəri, 173 saylı orta məktəbin fizika müəllimi İlhamə Səfərova Şamaxı Astrofizika Rəsədxanasının “Elmin kütləviləşdirilməsi” sahəsində edilən təşəbbüslərini yüksək qiymətləndirib və bu istiqamətdə görülən işlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra seminarda Şamaxı Astrofizika Rəsədxanasının kiçik elmi işçisi Vüsalə Əliyeva “Ulduz nədir” mövzusunda çıxış edib.  Ulduzların formalaşması və təkamülü haqqında şagirdlərə ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Semiarın sonunda fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.