ADA Universiteti Rusiya Elmlər Akademiyası ilə birgə gənc alimlər hazırlayacaqlar
May 23 , 2019 | 04:07 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2203 )

ADA Universiteti və Rusiya Elmlər Akademiyası gənc alimlərin yetişdirilməsində əməkdaşlıq etməyi planlaşdırır.

Bu məsələ mayın 22-də Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevlə görüşündə müzakirə edilib.

 

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, tərəflər, xüsusilə informasiya texnologiyalarının və tətbiqi elmlərin inkişafı məqsədilə mübadilə proqramlarını nəzərdən keçirəcəklər.

Görüşdə qarşılıqlı maraq doğuran sahə kimi, həmçinin Xəzər hövzəsi üzrə elmi tədqiqatların aparılması müzakirə olunub.

Akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ADA Universitetində olarkən tədris mərkəzi ilə də tanış olub. Qonaqlara universitetin tələbə və müəllim heyəti, burada yaradılan beynəlmiləl mühit və Rusiyanın bir neçə aparıcı universiteti daxil olmaqla, 70-ə yaxın xarici ali təhsil ocağı ilə qurulan elmi əməkdaşlıq barədə məlumat verilib. Akademik Aleksandr Sergeyev qarşıdan gələn “Məzun günü” münasibətilə universitet rəhbərliyini təbrik edib və ADA yetirmələrinə uğurlar arzulayıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.