Fotos
"Naxçıvandan Konyaya Bir Körpü" beynəlxalq konfrans keçirilib
May 24 , 2019 | 08:15 / Mühüm hadisələr
Oxunma ( 2001 )

"Naxçıvandan Konyaya Bir Körpü" beynəlxalq konfrans keçirilib.
Selçuk Üniversiteti Süleyman Demirel Kültür Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə AMEA Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının layihəsinə əsasən "Naxçıvandan Konyaya Bir Körpü" beynəlxalq konfrans keçirilib.
Qeyd edilir ki, Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov 29 oktyabr 2018-ci il tarixində Sərəncam imzalayıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.