Fotos
AMEA-da əməkdar elm xadimin 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilib
May 24 , 2019 | 12:51 / Mühüm hadisələr
Oxunma ( 1885 )

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli dilçi-alim, professor, türkoloq, onomastika elmi məktəbinin banisi, ictimai-siyasi xadim, latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, Əməkdar elm xadimi Afad Qurbanovun 90 illik yubileyinə həsr edilən respublika elmi konfransı keçirilir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək görkəmli alim Afad Qurbanovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Vurğulanıb ki, Afad Qurbanovun dilçilik elminin inkişaf etdirilməsində mühüm xidmətləri olub.

Təhsil nazirinin müavini İdris İsayev görkəmli alim Afad Qurbanovun Azərbaycan elm və təhsilinin inkişafındakı rolundan bəhs edib.

Çıxış edən digər alimlər də Afad Qurbanovun elmə və təhsilə verdiyi töhfələrdən, əsərlərinin əhəmiyyətindən bəhs edib, onun xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıblar.

Sonra “Afad Qurbanov və dilçilik elminin inkişafı” və digər mövzularda məruzələr dinlənilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.