AMEA-nın prezidenti dünyaca məhşur “China Daily” qəzetinə müsahibə verib
May 25 , 2019 | 09:10 / Müsahibələr, çıxışlar
Oxunma ( 2075 )

“China Daily” qəzeti AMEA prezidenti, akademik Akif Əlizadənin Pekində keçirilmiş “Asiya sivilizasiyaları dialoqu” beynəlxalq konfransında söylədiyi məruzədən çıxarışlar dərc edib. Məruzə “Asiyada sivilizasiyalar dialoqu və Azərbaycanın tarixi təcrübəsi” mövzusuna həsr olunub.

“China Daily” qəzetində “Sivilizasiyaları yaxınlaşdıran dialoq” sərlövhəsi ilə dərc edilən yazıda akademik Akif Əlizadədən sitat gətirilərək Asiyanın dünyanın ən böyük iqtisadiyyatlarına malik Çin, Yaponiya, Hindistan, Koreya Respublikası, İndoneziya və Tailandın vətəni olduğu qeyd edilib. Vurğulanıb ki, Çin iqtisadiyyatı sosial-iqtisadi inkişafın yeni modeli sayəsində dünyada xüsusi mövqeyə malikdir və öz tarixi mədəniyyətinin əsas elementlərini qoruyub saxlayır. Bu gün inkişafı ilə Asiya, eləcə də dünya ölkələri arasında yüksək nüfuza sahib olan Azərbaycan mədəniyyətlər və sivilizasiyalar arasında beynəlxalq əməkdaşlığın və anlaşmanın gücləndirilməsinə mühüm töhfələr verir, sivilizasiyaların dialoquna kömək edir.

Akademik Akif Əlizadə “China Daily” qəzetinin elmi reportyoru Zhang Zhihaonun suallarını da cavablandırıb. Müsahibədə Çin ilə Azərbaycan arasında elmi əməkdaşlıq perspektivləri, bu əməkdaşlığın iki ölkə arasında elm və mədəniyyət mübadiləsinin gücləndirilməsində rolu məsələlərinə toxunulub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.