AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası 6 aylıq hesabat verib
May 26 , 2019 | 06:18 / Mühüm hadisələr
Oxunma ( 1482 )

AMEA Aşqarlar Kimyası İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu ilin geridə qalan 6 ay ərzində elmi-ictimai fəaliyyəti uğurlu olub. Bu haqda məlumat verən Şuranın sədri, dosent Əfsun Sucayevin sözlərinə görə, rəhbərlik etdiyi qurum 2019-cu il üçün qəbul olunmuş plana uyğun fəaliyyətini davam etdirmişdir: “Hesabat dövründə Şura bir sıra mühüm ictimai tədbirlər yerinə yetirmişdir. Belə ki, növbəti dəfə “Gənclər üçün Akademik Əli Quliyev mükafat"ı və "Ən yaxşı elmi məruzə" müsabiqəsi uğurla keçirilib. Bu dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunan gənc alimlərin, doktorant və disertantların elmə həvəsləndirilməsi məqsədi daşıyan bu müsabiqənin nəticəsində I, II və III yerlər üzrə qaliblər seçilmiş, diplom və pul mükafatları ilə təltif edilmişdirlər. Eyni zamanda İnstitutun 1 gənc əməkdaşı “Akademik Əli Quliyev adına mükafat”a layiq görülüb”.

Şura sədri hesabat dövründə Şuranın təşkilatçılığı ilə ilk dəfə orta məktəblərdə “Kimya fənn gecəsi” təşkil olunmuş, şagirdlər üçün kimyanın aktual mövzularında məruzələr edilmiş, müsabiqələr keçirilmiş və əyləncəli təcrübələr nümayiş olunmuşdur: “Eyni zamanda İnstitutda beynəlxalq və respublika elmi layihə olimpiyada, bilik yarışlarında fərqlənən magistr və məktəblilər və onların elmi rəhbərləri ilə görüş keçirilib, fərqlənənlərə təşəkkürnamələr təqdim edilib”.

Ə.Sucayev “27 mart - Elm Günü”nə töhvə olaraq AKİ gənc alim və mütəxəssislərinin müəyyən töhvələr verdiyini, Kaspi Təhsil Mərkəzi və Azərbaycan Britaniya Kollecinin müəllim və şagirdləri üçün “Açıq qapı” günləri təşkil olunduğunu vurğulayıb.

Gənc alim bildirib ki, İnstitutda “Sabahın alimləri” VIII Respublika müsabiqəsi çərçivəsində hazırlanan 2 məktəbli – Nizami rayonu 251 saylı orta məktəbin 11-ci sinif şagirdləri Lalə Allahverdiyeva və Aysu Məmmədova Türkiyənin İzmir şəhərində 11-16 iyun 2019-cu il tarixlərdə keçiriləcək “OKSEF-2019” beynəlxalq müsabiqənin final mərhələsinə vəsiqə qazanmışlar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.