Fotos
AMEA Mikrobiologiya İnstitutunda 28 May – Respublika Gününə həsr olunan müsabiqəyə yekun vuruldu
May 30 , 2019 | 03:04 / Elmi müsabiqələr
Oxunma ( 180 )

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutunda  “ELM” TV ilə birgə məktəblilər arasında “Mikroorqanizmlər uşaqların gözü ilə” mövzusunda  28 May - Respublika Günü münasibətilə tədbir keçirilidi. İlk oncə   Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

  Tədbiri giriş sözü ilə açan  İnstitutun direktor müavini  AMEA-nın müxbir üzvü, professor Pənah Muradov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən danışmış,bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı bir gündən fəaliyyəti dövründə mühüm qərarlar qəbul etmiş onlardan ən əsası da elm və təhsilə yönələn diqqətin olduğunu qeyd etdi.

Tədbirdə çıxış edən AMEA–nın vitse prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar  İnstitutunun direktoru, akademik İradə Hüseynova müstəqil Azərbaycan Respublikasının əsasının möhkəm dayaqlar üzərində qurulduğunu bildirərək Azərbaycan elminin inkişafında elm təhsil müəssisələri ilə vəhdət yaradaraq şagirdlərin, gənclərimizin elmə   marağın yaranmasının  əhəmiyyətini xüsusilə qeyd etdi.  Akdemik gələcəkdə bu kimi tədbirlərin  daha geniş miqyasda keçirilməsini  tövsiyyə etdi.

Sonra  Gənc Alim və Mütəxəsislər Şurasının sədri Famin Salmanov cıxış edərək şagirdlərin elmə marağının artmasıda  keçrilən bu kimi tədbirlərin xususi əhəmiyyətini qeyd etdi.

Tədbirin təşkilat komitəsinin sədri Mikrobiologiya İnstitutunun mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Könül Baxşəliyeva sonda çıxış edərək bütun iştirakçılara dərin təşəkkürunu bildirərək  28 may Respublika günunə həsr edilmiş tədbirin gələcək nəsillərə verəcəyi töhfəni qeyd etdi.  Azərbaycan elminin təbligi bu gün qarşıda duran ən əsas  vəzifələrdən biridir. Müsabiqənin təşkilidə bu məqsədə yönəlməklə, məktəblilərin  bacarığı ilə yanaşı, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır. Sonda məktəblilərin müsabiqədə bakteriya və göbələklərin  mikroskopik vizual görüntüsü, zərərli və faydalı tərəfləri, təbiətdəki rolu və s. xüsusiyyətləri haqqında hazırladıqları əl işləri münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.

Münsiflər heyətinin qərarına əsasən I yerin qalibi 281 saylı məktəbin şagirdi İsmayılzadə  Aysu Taleh qızı  və müəlliməsi Quliyeva Esmira Yunis qızı, II  yerin qalibləri Sumqayit şəhər 14 saylı məktəbin şagirdləri  Mirzəmmədov Rəvan və Seyidquliyeva İlahənin birgə işi və müəllimə Rüstəmova Aynurə, Bakı Avropa Liseyinin şagirdi  İsayev Rəşad (müəllimə Rüstəmova  Gülzadə).

III yerləri tutan 3 şagird Abdullayeva Ayan  Sumqayıt şəhər 22 saylı məktəbin şagirdi, Ramazanova Fatimə Tahir qızı İsmayıllı rayon 5 saylı məktəb (müəllimə  Abdullayeva  Vüsalə Əlnüsrət qızı),  Hüseynova Fatimə 279 saylı məktəb( müəllimə Rəcəbova Təranə) müəlliməyə və  şagirdlərə diplom və pul mükafatı, əl işləri xüsusi seçilən şagirdlərə hədiyyələr və sertifikatlar təqdim edildi.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.