Fotos
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
May 31 , 2019 | 05:23 / Mühim hadisələr
Oxunma ( 48 )

Mayın 31-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclası AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tədbir iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib.

Müzakirəyə çıxarılan ilk məsələ elmi istiqamətlər üzrə elmi şuraların yaradılması haqqında olub. AMEA və Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qəbul etdiyi birgə qərara əsasən elmi istiqamətlər üzrə yeni elmi şuralar yaradılaraq sədrləri təsdiqlənib.

Akademiyanın sonuncu Ümumi yığıncağında AMEA Rəyasət Heyəti üzvlüyünə yeni şəxslərin seçilməsini nəzərə alaraq Rəyasət Heyəti üzvləri arasında yeni vəzifə bölgüsü təsdiq edilib.

Daha sonra AMEA professorlarının seçkilərinin keçirilməsi haqqında müzakirələr aparılıb. Bildirilib ki, Rəyasət Heyətinin qərarı ilə “AMEA-nın professoru” adını almaq üçün növbəti müsabiqə elan edilib. Müsabiqədə iştirak etmək üçün respublikanın elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. AMEA-nın professorluğuna namizədlərin müəyyən olunması üçün iclasda gizli səsvermə yolu ilə seçkilərin keçirilməsi və nəticələrin AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Tədbirdə AMEA əməkdaşlarının elmi, elmi-təşkilati, texnoloji, ictimai və təsərrüfat fəaliyyətini qiymətləndirmək məqsədilə AMEA-nın Xatirə nişanı, habelə AMEA-nın Akademik Əşrəf Hüseynov adına mükafatı, Akademik Əli Quliyev adına mükafatı, Akademik Vahab Əliyev adına mükafatı, Akademik Mirəli Qaşqay adına mükafatı, Akademik Ələşrəf Əlizadə adına mükafatı, Akademik Cəlal Əliyev adına mükafatı, Akademik Məmməd Cəfər Cəfərov adına mükafatı, Akademik Məmmədağa Şirəliyev adına mükafatı və Abbasqulu Ağa Bakıxanov adına mükafatı haqqında əsasnamələr təsdiq edilib.

Növbəti qərarla Rəyasət Heyəti aparatının idarə və şöbələrinin yeni əsasnamələri təsdiqlənib.

Rəyasət Heyəti tərəfindən AMEA-nın Zoologiya İnstitutunda Paleozoologiya laboratoriyasının yaradılması, Milli Azərbaycan Tarixi Muzeyinin strukturunda qismən dəyişiklik edilməsi, Genetik Ehtiyatlar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səbinə Mehdiyeva və institutun kiçik elmi işçisi Ülkər Əhmədlinin Almaniyaya ezam olunmaları qərara alınıb.

Gündəlikdə yer alan növbəti məsələlər “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” və “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən yubileylərə həsr olunmuş tədbirlər planları barədə olub. İclasda tədbirlər planlarının akademiya ilə birlikdə digər dövlət qurumlarına həvalə edilməsi və hər iki tədbir çərçivəsində elmi konfransların planda nəzərə alınmasının zəruriliyindən danışılıb. Müzakirələrdən sonra hər iki tədbirlər planı təsdiq olunub.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.