Gənclər Fondu növbəti qrant müsabiqəsi elan etdi
İyn 04 , 2019 | 03:35 /
Oxunma ( 1674 )

Fiziki şəxlərin ( fərdi layihələrin ) qrant müsabiqəsinin yay aylarında elan olunması planlaşdırılır.

AzEdu.az xəbər verir ki, bu barədə Gənclər Fondunun Müşahidə Şurasının iclasında Fondun icraçı direktoru Fərid Cəfərov məlumat verib.

Bildirilib ki, 2019-cu il üzrə Gənclər Fondunun fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib.

Bu gün elan olunacaq XII qrant müsabiqəsi fərdi layihələrə deyil, yalnız gənclər təşkilatlarına aid olacaq. Fərdi gənclərin layihələrinin maliyyələşdirilməsi üçün qrant müsabiqəsinin isə yay aylarında elan olunması planlaşdırılır. Fond rəsmisinin sözlərinə görə, gənclər təşkilatları üçün nəzərdə tutulan XII qrant müsabiqəsinin mövzuları da artıq müəyyən edilib.

"Bu mövzulara ənənəvi mövzularla yanaşı, bir sıra yeni mövzular da daxil edilib. Bilirsiniz ki, "Gənclər siyasəti haqqında" Qanuna edilən müəyyən dəyişikliklərə əsasən, risk qrupuna daxil olan gənclərin cəmiyyətə inteqrasiyası, eyni zamanda sosial müdafiəyə ehtiyacı olan gənclərlə iş istiqamətində layihələr və təbii olaraq, ilk dəfə innovativ xarakterli fəaliyyətlərin dəstəklənməsi ilə bağlı layihələr də bu qrant çərçivəsində maliyyələşdiriləcək".

Məlumata əsasən, bu qrant müsabiqəsi çərçivəsində gənclər təşkilatlarının yerli və beynəlxalq qrant layihələrinin maliyyələşdirilməsi və bu layihələrin prioritet istiqamətləri elan olunacaq. Bu gündən başlayaraq gənclər təşkilatları öz layihə təklifləri ilə Gənclər Fonduna müraciət edə biləcəklər.

Fond rəsmisi həmçinin bildirib ki, iclasda bu istiqamətdə görülən işlər, eyni zamanda Gənclərin Məşğulluq Proqramı barədə Müşahidə Şurasına hesabatın tədqim edilməsi nəzərdə tutulur.

Fərid Cəfərov qeyd edib ki, Gənclər Fondunun illik fəaliyyət planı yenidən nəzərdən keçiriləcək və bir daha təsdiq olunacaq.

Qeyd edək ki, 4 iyun 2019-cu il tarixində Bakı Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 2019-cu il üçün ikinci iclası keçirilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.