Təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü veriləcək
İyn 04 , 2019 | 03:42 /
Oxunma ( 1849 )

2018/2019-cu tədris ilində AMEA-nın magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb.

İmtahanlar AMEA prezidentinin yay imtahan sessiyasının keçirilməsi və təşkili ilə əlaqədar 2019-cu il 7 may tarixli sərəncamına əsasən reallaşacaq.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, sessiya ərzində 162 fənn, 19 ixtisas və 47 ixtisaslaşma üzrə 66 magistrant öz biliyini nümayiş etdirəcək. İxtisas imtahanları əsasən yazılı, ümumi fənlər üzrə isə test üsulu ilə aparılacaq.

İmtahanlarda magistrantların biliklərini yaxşı nümayiş etdirmələri və onların obyektiv qiymətləndirilməsi üçün bütün zəruri şərait yaradılıb. AMEA-da yay imtahan sessiyası iyul ayının 5-də başa çatacaq və magistrantlar 2018/2019-cu tədris ili üzrə yay tətilinə buraxılacaqlar.

Bu ildən etibarən imtahan sessiyasının nəticələrinə əsasən, təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü də veriləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.