Fotos
"City Art. Azerbaijan" sərgisi öz işinə başlayıb
İyn 11 , 2019 | 11:22 / Mühüm hadisələr
Oxunma ( 1633 )

7 iyun 2019-cu il tarixində Xəzər Universiteti ilə qarşılıqlı əməkdaşlığı olan və tərəfdaşı olduğu “Şəhər incəsənəti. Azərbaycan” (City Art. Azerbaijan) açıq ictimai incəsənət layihəsi çərçivəsində “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsinin tanışlıq sərgisi baş tutdu. Qeyd edilən Layihə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) – Rəyasət Heyəti, Rəyasət Heyəti yanında Gənc Alim və Mütəxəsislər şurası, Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi, Xəzər Universiteti, Qobustan Milli Tarix Bədii Qoruğu, Mirzə Ələkbər Sabir fondu, “NUR Art House” qalereyası və Azərbaycan Arxeoloqlar Cəmiyyəti İB tərəfindən dəstəklənməkdədir. Həmçinin tədbirə “Gədəbəy Mineral Suları MMC” şirkəti də dəstək olmuşdur.
Nəzərdə tutulduğu kimi sərgidə layihə çərçivəsində müsabiqə zamanı seçilən istedadlı gənclərin yaratdığı müxtəlif incəsənət nümunələri ictimaiyyətə təqdim olunmuş və müsbət qiymətləndirilmişdir. Açılışa gələnlər sırasında peşəkar və tanınmış incəsənət xadimləri ilə yanaşı gənclərin də çoxluq təşkil etməsi layihənin sənət aləmində marağa səbəb olmasının sübutudur. Tədbirin hazırlanmasında və təşkilində Nur Art House qalereyası və Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial Elmlər fakültəsinin tələbələri aktiv iştirak etmişdirlər. 
Tədbiri Nur Art House qalereyasının direktoru UNESCO- nun Azərbaycan üzrə sənətşünas eksperti, professor, sənətşünaslıq elmləri doktoru Röya Tağıyeva açdı. City Art Azərbaycan layihəsinin iştirakçılarını (Günel Ravilova, Məmmədpaşa Əbdülov, Məryəm Novruzova, Günel Hüseynova, Şəms Qocayeva, Nicat Qəribov, İsgəndər Məmmədov, Sabit Zamanov, Cavad Qurbanov, sahib Yaqubov, Aybəniz Yusubova, Oksana Məmmədova) isə ictimaətlə layihənin yaradıcı heyətinin rəhbəri Səidə Musayeva tanış etdi. Daha sonra söz dəvət olunan qonaqlara verildi. Çıxış edən qonaqlar arasında tanınmış və peşəkar rəssamlardan Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvü, Azərbaycanın yeganə keçəçi rəssamı Rauf İsmayılov, Azərbaycan Rəssamlar İttifaqının üzvü xalçaçı rəssam Eldar Hacıyev, həmçinin layihənin tərəfdaşlarından Qobustan Milli Tarix Bədii Qoruğunun Baş fond mühafizi, Əməkdar mədəniyyət işçisi, Tarix üzrə fəlsəfə doktoru Fikrət Abdullayev, Mirzə Ələkbər Sabir Fondunun təsisçisi və prezidenti, Biologiya üzrə fəlsəfə doktoru, dosent Sevda Tahirli, “İçərişəhər” Muzey Mərkəzinin direktor müavini İradə Qasımova və başqa dəyərli qonaqlar sözügedən layihənin əhəmiyyətindən danışıb, iştirakçıları və layihə üzvlərini təbrik edərək sərgi ilə tanış olmuşlar.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.