Fotos
Şagirdlərdə coğrafiya elminə maraq oyadılır
May 30 , 2019 | 02:50 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2381 )

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 30 saylı tam orta məktəbin tərkibində fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri üçün seminar keçirilib. Elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov şagirdlərə elmin incəliklərindən söhbət açıb, fənlərin dərindən mənimsənilməsinin gələcək peşə seçiminin müəyyənləşdirilməsində onlara köməkçi ola biləcəyini izah edib. Təhsil şöbəsinin müdiri, c.ü.f.d. Müseyib Yunusov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri c.ü.f.d. Samirə Ələkbərova, c.ü.f.d. Abil Haqverdiyev məktəbdə təhsilin səviyyəsini yüksəltməyin, şagirdlərə müasir texnologiyalardan istifadə etmək bacarığını aşılamağın önəmindən danışıblar, şagirdlərə öyrəndikləri bilikləri ümumiləşdirərək müxtəlif mövzuları əhatə edən təqdimatlarla çıxış etməyi məsləhət görüblər. Aparıcı elmi işçi, dosent Səidə Zeynalova, elmi işçi Samirə Abuşova da şagirdlərə dəyərli məsləhətlər veriblər. Balaca coğrafiyaçılar qlobal istiləşmə, onun iqtisadiyyata, heyvanat aləminə və bitkilərə təsirindən bəhs edən geniş təqdimatla çıxış ediblər, hazırladıqları maketləri nümayiş etdiriblər. Məktəbin coğrafiya müəllimləri bilik və bacarıqlarına görə şagirdləri ilə qürur duyduqlarını qeyd ediblər. Sonda "Kiçik Akademiya"nın rəhbəri Vüsalə Ağayeva tədbirin yüksək səviyyədə təşkilinə görə İnstitut rəhbərliyinə öz minnətdarlığını bildirib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.