SOCAR-ın rəhbərliyi AMEA Yüksək Texnologiyalar Parkında olub
İyn 13 , 2019 | 03:28 / Mühim hadisələr
Oxunma ( 76 )

u gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və onun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA Yüksək Texnologiyalar Parkında (YT Parkı) olublar.

Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə öncə YT Park haqqında məlumat verərək bildirib ki, bu qurum AR Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Hazırda burada müxtəlif təyinatlı innovativ müəssisələr fəaliyyət göstərir. YT Parkın ərazisində rezident kimi fəaliyyət göstərən sahibkarlar üçün geniş imkanların yaradıldığını deyən alim qeyd edib ki, burada müxtəlif sahələr üzrə innovativ düşüncənin biznesə çevrilməsi prosesi həyata keçirilir.

Qeyd olunub ki, Azərbaycanda iqtisadiyyatın davamlı inkişafına töhfə vermək, iqtisadiyyatımızın ümumi rəqabət qabiliyyətini artırmaq, habelə müasir elmi və texnoloji nailiyyətlərə, yüksək texnologiyalara əsaslanan istehsalat müəssisələrinin fəaliyyəti üçün münbit şərait yaratmaq YT Parkının əsas hədəfləri sırasındadır.

Sonra SOCAR rəhbərliyi AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti ilə tanış olub. Onlara laboratoriya avadanlıqları, imkanları və burada göstərilən xidmətlər barədə geniş məlumat verilib. Bildirilib ki, laboratoriyanın sınaq otaqları ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Sınaq nəticələrinin obyektivliyi və dəqiqliyini təmin etmək, sınaq avadanlığı və ölçmə vasitələrini lazımi səviyyədə saxlamaq, onların xidmət səviyyəsi və təmirini həyata keçirmək və s. laboratoriyanın əsas hədəfləridir.

Qonaqlar AMEA Təcrübə-Sənaye Zavodu və “Millers Oils Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal prosesi ilə tanış olaraq hazır neft məhsullarına baxış keçiriblər. Hazır məhsul anbarında toplanılmış mallar, burada istehsal olunan, yüksək keyfiyyətə malik sürtkü yağları onların böyük marağına səbəb olub.

Qeyd olunub ki, “Millers Oils Azerbaijan” şirkətinin əsas fəaliyyət istiqamətlərinə dəniz dizel yağları, yanacaq qatqıları, yüksək keyfiyyətli avtomobil sürtkü yağlarının istehsalı və s. daxildir.

Görüşdə “Millers Oils Azerbaijan” və AMEA Təcrübə-Sənaye Zavodunun SOCAR ilə əməkdaşlıq çərçivəsində öz xammal təchizatının bir hissəsini Heydər Əliyev adına Neft Emalı Zavodunun vasitəsi ilə həyata keçirməsi ilə bağlı müzakirəlır aparılıb. Azərbaycanda yüksək keyfiyyətli sürtkü yağları, antikorroziya vasitələri, dizel mühərrik yağları, transmissiya yağları, qazma məhlulları kimi müxtəlif çeşidli məhsulları istehsal edən MMC-lərin bu yolla SOCAR-ın dəyər zəncirinin son istehlak məhsullarına çevrilməsində iştirak etdikləri qeyd olunub. Eləcə də Yüksək Texnologiyalar Parkında SOCAR-AMEA əməkdaşlığı çərçivəsində müxtəlif təyinatlı sürtkü yağları və digər istehlak məhsullarının istehsal olunduğu diqqətə çatdırılıb.

Daha sonra SOCAR-ın rəhbər heyəti AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin pilotsuz uçuş aparatları və hərbi yönümlü innovasiya məhsulları ilə tanış olublar. Bildirilib ki, YT Park həm də elektronika, avtomatika, proqram təminatı, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur. Burada dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçuş aparatlarının istehsalı işi genişləndirilib. Bu kimi qurğuların təkmilləşdirilməsi və çoxfunksiyalı dronların istehsalı perspektivdə nəzərdə tutulan işlərdəndir.

Görüşün sonunda AMEA Yüksək Texnologiyalar Parkının əsas inzibati binasında dəyirmi masa ətrafında fikir mübadiləsi aparılıb.

SOCAR-dan olan nümayəndə heyəti YT Parkında neft və neft məhsullarının istehsalını, neft emalı sənayesini, qaz məhsulları və maye qazın sınağını aparan laboratoriyanı yüksək qiymətləndiriblər. İstehsal olunan məhsulların ceşidi, növləri və məhsullarda yerli xammalın xüsusi çəkisinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.

Sonda iki qurum arasında əməkdaşlığın mütəmadi olaraq davam etdirilməsinin vacibliyi vurğulanıb, kadr və təcrübə mübadiləsinin aparılmasına dair müəyyən qərarlar qəbul edilib.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.