Fotos
Gənc alimin elmi əsəri "Elsevier" nəşriyyatına daxil olan nüfuzlu jurnalda dərc olunub
İyn 25 , 2019 | 12:07 / Elmi nəşrlər
Oxunma ( 2236 )

AMEA Riyaziyyat və Mexanika İnstitutunun gənc alimi, r.ü.f.d. Emin Bağırovun "Axisymmetric longitudinal wave dispersion in a bi-layered circular cylinder with inhomogeneous initial stresses" adlı məqaləsi "Elsevier" nəşriyyatına daxil olan nüfuzlu "Journal of Sound and Vibration" jurnalında (https://www.sciencedirect.com/science/article/pii/S0022460X19301555) dərc olunmuşdur.

Məlumat üçün qeyd edək ki, Journal of Sound and Vibration" jurnalının impakt faktoru 3.123-ə bərabərdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.