AMEA Aşqarlar Kimyası İnstitutunda magistrantların yay imtahan sesiyası başa çatıb
İyn 25 , 2019 | 02:31 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2324 )

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun “Üzvi kimya” ixtisası üzrə təhsil alan I kurs magistrantlarının yay imtahan sessiyası başa çatıb. İnstitutn Təhsil Şöbəsindən verilən məlumata görə 1 ay davam edən sessiya müddətindən ikinci yarım il müddətində tədris olunan 7 fənndən magistrantların yekun biliyi qiymətləndirilib. Həmin fənnlərdən 3-ü - fəlsəfə, psixologiya və pedaqogika mərkəzləşdirilmiş formada AMEA İnformasiya Texnologiyalar İnstitunda yazılı imtahan formasında olub. Qalan 4 ixtisasla bağlı fənn (Zərif üzvi sintez II, Üzvi kimyanın nəzəri məsələləri, Fiziki-kimyəvi tədqiqat üsulları, Sterokimya) üzrə isə AKİ-nin özündə tədrisi həyata keçirən müəllimlər tərəfindən yekun qiymətləndirmə aparılıb.

Magistrantlar yay sessiyasının son imtahanını "Sterokimya" fənnindən 25 iyun 2019-cu il tarixində veriblər. Onlar bütün fənnlərdən keçirilən imtahanlarda yüksək qiymət almaqla sessiyanı müvəffəqiyyətlə başa vurublar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.