Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sankt-Peterburqda keçirilən beynəlxalq konfransa ezam olunub
İyl 01 , 2019 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2099 )

30 iyun-05 iyul 2019-cu il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində "European Conference on Neutron Scattering (ECNS 2019)" adlı beynəlxalq konfrans keçirilir. Bu möhtəbər tədbirdə Azərbaycanı AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, dosent Famin Salmanov təmsil edir. 

Konfransa 42 ölkədən 800 iştirakçı qatılıb. 5 gün davam edəcək konfransıın plenar və seksiya iclaslarında ümumilikdə 560 tezis matrealın oral və poster müzakirəsi təşkil olunacaq. F.Salmanov seksiya iclasında elmi məruzə ilə çıxış edəcək və aktiv müzakirələrə qoşulacaq.
Məlumat üçün qeyd edək ki, konfrans hər dörd ildə bir dəfə keçirilir. İndiyə qədər Avropanın Budapeşt, Praqa və sair şəhərlərində təşkil olunub. 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.