Fotos
Qəbələdə gənc arxeoloq alim və tələbələrin yay məktəbi keçirilir
İyl 10 , 2019 | 02:10 / Mühüm hadisələr
Oxunma ( 1591 )

9 iyul 2019-cu il tarixdə Qəbələdə gənc arxeoloq alim və tələbələrin beynəlxalq yay məktəbinə start verilib. AMEA-nın İctimai Elmləri Bölməsi (İEB) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə ərsəyə gələn tədbirin açılış mərasimində iştirakçı gənc tarixçi alim və arxeoloqları təbrik edən Şuranın sədri, dosent Famin Salmanov bildirib ki, Akademiyada artıq gənc alim və mütəxəssislər üçün yay-qış məktəblərinin təşkili ənənə halını almaqdadır: “Bundan öncə gənc kimyaçılar üçün Şamaxıda yay məktəbi, Bakıda isə gənc bioloqlar üçün qış məktəbi uğurla təşkil olunub. Bu dəfə ictimai elmlər üzrə ixtisaslaşmış tarixçi və arxeleo gənclərin bu gözəl təbiət qoynunda həm istirahətini, həm də aktual mövzularda elmi disputlarını təşkil etdik. Bu tədbirin digərlərindən fərqi bu dəfə yerli gənc tarixçi arxeoloqlarımızın beynəlxalq həmkarları ilə birgə fikir mübadiləsinə cəlb olunmasıdır”.

F.Salmanov qeyd etdi ki, yay məktəbi üçün Qəbələnin istinad nöqtəsi seçilməsi təsdüf deyil: “Bu ərazidə Koreyadan olan gənc arxeoloq alim və mütəxəssislər araşdırma aparır. Burada yay məktəbi iştirakçıları Koreyadan olan həmkarlarının işləri ilə yaxından tanış olmaq, onlarla birgə müzakirə aparmaq imkanını məhz bu yay məktəbi vasitəsi ilə qazanıblar. Çünki yay məktəbinin ilk günlərində respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələri və ümdə əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə gənclərin cəlb olunması tədbirin əsas məqsədini təşkil edir”.

Sonra tədbirin plenar iclasında Antik və İlk orta əsrlər Qəbələ arxeoloji ekspedisiyasinin rəhbəri Ceyhun Eminli "Qəbələdə arxeoloji tədqiqatlar və ilkin nəticələri" mövzusunda məruzə edib.

O, çıxış zamanı Qafqaz Albaniyası və onun paytaxt şəhəri olmuş Qəbələ haqqında yazılı mənbələr, Qəbələdə aparılmış ilk arxeoloji tədqiqatlar haqqında məlumat verdikdən sonra, öz rəhbərliyi ilə son illər rayonun Səlbir ərazisində aparılan qazıntılardan geniş təqdimat edib.

Təqdimat zamani orada aşkar olunmuş antik və orta əsr tikili qalıqları, su təchizatı sistemi, istehsalat qurğuları və qəbirlər böyük maraqa səbəb olub.

Qeyd edək ki, 5 gün davam edəcək yay məktəbində iştirak edən gənclər üçün dünyanın sivilizasiya tarixi və mədəniyəti üçün böyük əhəmiyyət kəsb edən “Səlbir” ərazisinə və “Qala yeri” abidəsinə ekskursiya nəzərdə tutulur. Yay məktəbi iştirakçıları çöl tədqiqatları işlərində də iştirak edəcəklər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.