İyl 15 , 2019 | 02:27 / Görüşlər
2019-cu ildə Azərbaycan ali təhsilinin ən gənc məzunlarından biri – 19 yaşlı Nigar Rövşən qızı Veysəlova Bakı Dövlət Universitetinin məzunudur. O, Nanomateriallar kimyası ixtisası üzrə respublikada ən yüksək bal – 131 bal toplayıb. Nigar magistratura təhsilini Azərbaycan elminin ən qocaman, bu il 90 illik yubileyini qeyd edəcək akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda almağa qərar verib. DİM onun bu seçimini öz əmri ilə təsdiqləyib.
12 iyul 2019-cu ildə AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Azərbaycanın ən gənc magistrantı Nigar Veysəlovanı qəbul edərək, onu magistraturaya daxil olması münasibəti ilə təbrik edib, NKPİ-ni seçdiyi üçün ona təşəkkürünü bildirib.
Akademik Vaqif Abbasovun əmri ilə Nigar Veysəlova 15 iyul 2019-cu ildən mütəxəssis vəzifəsinə işə qəbul olunması haqqında əmr imzalayıb.
Eyni zamanda Ulu öndər Heydər Əliyevin hakimiyyətə ilk gəlişinin 50 illiyinə həsr olunmuş ümumi iclasda akademik Vaqif Abbasov Nigar Veysəlovanı kollektiv ilə tanış edib, onun haqqında kollektivə məlumat verib.


















