Fotos
Gənc arxeoloq alim və tələbələrin yay məktəbi başa çatıb
İyl 16 , 2019 | 12:50 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2475 )

Qəbələdə AMEA-nın İctimai Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən gənc arxeoloq alim və tələbələrin beynəlxalq yay məktəbi öz işini başa vurub.

Beş gün davam edən yay məktəbinin keçirilməsində məqsəd respublikada və dünyada arxeologiya sahəsində aparılan tədqiqatların nəticələrini müzakirə etmək, əhəmiyyət kəsb edən əsas istiqamətlər üzrə müzakirələrə gəncləri cəlb etmək, çöl-tədqiqat işlərində onların peşəkarlığını artırmaq olub.

Tədbir çərçivəsində respublikanın elmi və ali təhsil müəssisələrində çalışan tarixçi və arxeoloq tədqiqatçı gənclər üçün “Master class”lar təşkil olunub, maraqlı elmi məruzələr dinlənilib. Bundan əlavə, gənclərə “Web of Sciences” və “Scopus” bazalarında referatlaşmış elmi jurnallarda məqalələrin nəşri, tələblər və imkanlar tədris olunub, həmçinin “Vikipediyada Azərbaycan arxeologiyasının təbliği səviyyəsi” adlı elmi interaktiv müzakirələr aparılıb. Eyni zamanda arxeoloji sənədli filmlər nümayiş olunub və müxtəlif intellektual oyunlar keçirilib.

Yay məktəbinin iştirakçıları, o cümlədən dünyanın sivilizasiya tarixi və mədəniyyəti üçün böyük əhəmiyyət kəsb edən “Səlbir” ərazisində təşkil olunan çöl-ekpedisiya işlərində iştirak etməklə praktiki tədqiqatlar həyata keçiriblər.

Tədbirin sonunda yay məktəbinin nəticələri müzakirə edilib və fəal iştirakçılara sertifikatlar verilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.