Fotos
AMEA Rəyasət Heyətinin növbəti səyyar iclası Azərbaycan Tibb Universitetində keçirilib
İyl 17 , 2019 | 12:18 / Mühüm hadisələr
Oxunma ( 1927 )

İyulun 17-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin səyyar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iştirakçıların diqqətinə çatdırıb. Sonra AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıya, Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekkerə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı Araz Qurbanova “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalları təqdim edilib.

İclasda bir sıra cari məsələlər müzakirə olunub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.