İyl 17 , 2019 | 09:11 / Mühüm hadisələr
Rəyasət Heyətinin bu gün keçirilən iclasında “AMEA-nın professoru” adı üzrə namizəd seçilmiş şəxslərlə bağlı AMEA-nın müvafiq elmi bölmələrinin vəsatətinə əsasən gizli səsvermə keçirilib. Seçkidə Rəyasət Heyətinin üzvləri iştirak ediblər və nəticələrə əsasən 13 nəfər AMEA-nın professoru seçilib.
Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə bu gün keçirilən seçkinin nəticələrinə əsasən aşağıda qeyd olunan alimlər “AMEA-nın professoru” adına layiq görülüblər.
| № | Soyadı, adı, atasının adı | İxtisas |
| 1 | Əliyev Rəşid Əvəzağa oğlu | Riyaziyyat |
| 2 | Hacıbəyov Mübariz Qafarşah oğlu | Riyaziyyat |
| 3 | Rzayev Rövnəq Mirzə oğlu | Fizika |
| 4 | Məmmədov İbrahim Qərib oğlu | Üzvi kimya |
| 5 | Rəhimov Rəvan Abdullətif oğlu | Neft kimyası |
| 6 | Babayev Qulam Rüstəm oğlu | Geofizika |
| 7 | Baxşəliyeva Könül Fərrux qızı | Mikrobiologiya |
| 8 | Yusif-zadə Kənan Rafael oğlu | Cərrahlıq |
| 9 | Şərifova Salidə Şəmməd qızı | Ədəbiyyatşünaslıq |
| 10 | Əliyeva Sevinc Novruz qızı | Dilçilik |
| 11 | Orucova Səhər Hidayət qızı | Folklorşünaslıq |
| 12 | Paşayeva Qənirə Ələsgər qızı | Siyasi elmlər |
| 13 | Qənbərov Fuad Əlinağı oğlu | İqtisadiyyat |
Qeyd edək ki, “AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə iştirak üçün respublikanın elmi və ali təhsil müəssisələri tərəfindən 24 elmlər doktorunun namizədliyi irəli sürülüb. Namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər Rəyasət Heyətinə təqdim edilib.


















