AMEA-nın bir qrup əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb
İyl 23 , 2019 | 04:18 /
Oxunma ( 1408 )

Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə, AMEA-nın elmi müəssisə və təşkilatlarının bir qrup əməkdaşı "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub.

Belə ki, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri Almaz Tağıyeva, həmin müəssisənin böyük elmi işçisi Məhyəddin İskəndərov və aparıcı elmi işçisi Nizami Mürsəlov, İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmova döş nişanına layiq görülüblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.