Pedaqoji kadrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə keçirəcək
İyl 26 , 2019 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 1817 )

"Müəllimlərin peşəkar keyfiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində onların işə qəbulu imtahanları əsas faktora çevriləcək. Bu imtahanların nəticələri əsasında pedaqoji kadr hazırlığı ilə məşğul olan ali məktəblərin nəticələri təhlil ediləcək, zəif cəhətlərin aradan qaldırılması məqsədilə işlər aparılacaq".

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. 

Nazir pedaqoji kadr hazırlığında da artıq tədbirlərə başlanıldığını qeyd edib.

“2019-cu ilin fevralında ali təhsilin bakalavriat pilləsinin yeni standartları müəyyənləşdirilib və növbəti ildən yeni təsnifata uyğun kadr hazırlanacaq. Yeni təsnifatda praktiki məşğələlərin internatura tipli təcrübələrin miqdarının əhəmiyyətli şəkildə artıb. Düşünürük ki, pedaqoji kadrların hazırlıq prosesində dərsdə olmaları önəmlidir. Odur ki, bakalavrlar təhsil aldıqları 4 ilin birini tamamilə məktəbdə olmalıdır”-, deyə C.Bayramov bildirib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.