Azərbaycan məktəbliləri 51-ci Beynəlxalq Kimya Olimpiadasında iki medal qazanıblar
İyl 30 , 2019 | 03:09 /
Oxunma ( 1465 )

Fransanın paytaxtı Paris şəhərində məktəblilərin 51-ci Beynəlxalq Kimya Olimpiadası (IChO) keçirilib.

 

Təhsil Nazirliyindən TED.az-a bildiriblər ki, bilik yarışında ölkəmizi təmsil edən şagirdlər yüksək nəticələr əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü respublika liseyinin XI sinif şagirdi Əli Əliyev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fərid Əliyev bürünc medal qazanıblar.

 

 

Qeyd edək ki, azərbaycanlı məktəblilər iyul ayı ərzində keçirilən beynəlxalq olimpiadalarda nailiyyətlər qazanaraq yarışmanın müxtəlif dərəcəli medallarına layiq görülüblər.

 

Xatırladaq ki, iyulun 7-dən 14-dək İsrailin Təl-Əviv şəhərində 50-ci Beynəlxalq Fizika Olimpiadası keçirilib. Səksən ölkədən təxminən 400 şagirdin iştirak etdiyi yarışda Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalını qazanıb.

 

İyulun 11-dən 22-dək Böyük Britaniyanın Bat şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycan məktəbliləri uğur əldə ediblər. Ümumilikdə 110 ölkədən 621 şagirdin iştirak etdiyi bu olimpiadada Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin 10-cu sinif şagirdi Murad Ağazadə, Xəzər Universiteti nəzdindəki “Dünya” məktəbinin 11-ci sinif şagirdi Anar Rzayev bürünc medallar qazanıblar.

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov iyulun 14-dən 21-dək Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medala layiq görülüb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.