Azərbaycanda 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir
Avg 05 , 2019 | 02:00 /
Oxunma ( 1332 )

Yaxın 3 gün ərzində maqnit qasırğasının olacağı gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsindən  AzEdu.az-a  verilən məlumata görə, avqustun 5-7-də Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə, küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Avqustun 5-6-da aşağı səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Avqustun 7-də geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə əvəzlənəcək, ümumən sakitlik proqnozlaşdırılır.

Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.