Azərbaycanda yeni elmi tədqiqat sahəsi kimi “kosmik arxeologiya” yaradılacaq
Avg 06 , 2019 | 09:18 /
Oxunma ( 1370 )

Arxeologiya elminin yeni qolu - “kosmik arxeologiya” yaranır. AzEdu.az-ın məlumatına görə, AZƏRTAC ScienceNews portalına istinadla xəbər verir ki, bundan sonra Yer kürəsində qədim artefaktların, yaşayış məskənlərinin və abidələrin aşkar olunmasında kosmosda fəaliyyət göstərən peyklərin xidmətlərindən istifadə ediləcək. Bu tədqiqatların detalları professor Sara Perkakın “Kosmosdan arxeologiya” (“Archaeology from Space”) kitabında təsvir edilib. Alim yazır ki, yeni metod vasitəsilə minlərlə antik şəhərin, yaşayış məskənlərinin müfəssəl xəritəsini hazırlamaq mümkün olacaq.

Sara Perkakın kitabında kosmik arxeologiyanın əsasları təsbit edilib və kosmosdan Yerdəki qədim abidələrin və şəhərlərin yerinin müəyyən olunmasının necə həyata keçiriləcəyi göstərilib. Onun yazdığına görə, peyklərin yaxınlaşdırılmış təsvirləri artefaktlarla zəngin yerlərin, tikililərin dəqiq təyin edilməsi prosesini asanlaşdırır. “Bəzi qədim tarixi abidələr və məkanlar torpaq, qum qatı və ya otlarla örtülü olur, lakin peykdən göndərilən fotoşəkillərdə onların əlamətləri lazer işıqlandırılması vasitəsilə mümkün olacaq”, -deyə alim qeyd edir. O, buna sübut olaraq müxtəlif texnologiyaların tətbiqi üsullarını göstərir. Məsələn, Nil çayının deltasında 4 min il əvvəl Qədim Misir Çarlığı zamanında bu ərazini tərk etmiş insanların izləri də bu metodla müəyyən edilib. Texnologiyanın yeni nailiyyətləri sayəsində Qədim Misirin bir vaxtlar zəngin vadi olmuş ərazisində iqlim dəyişmələrinin hansı yerlərdə insanların kütləvi köçünə səbəb olduğu da aydın göstərilir.

Sara Perkak vurğulayıb ki, kosmik arxeologiya tezliklə qədim artefaktların kəşfiyyatı vasitəsinə çevriləcək. Onun sözlərinə görə, Yer kürəsinin təxminən 10 faizi üzrə arxeoloji abidələrin xəritəsi tərtib olunub və müasir texnologiyalar bundan qat-qat artıq əraziləri müəyyən edə bilər. Hazırda alimlər GlobalXplorer onlayn platformasının hazırlanmasında Perkaka yardım edirlər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.